Kinboksçu müğənninin xətrinə dəydi
Serialın aktyoru imicini dəyişdi - foto
Kök model hamilədir - foto
“Oskar” mükafatı laureatı karyerasına son qoyur

Facebook instagram Twitter Youtube
ARTNEWS

Musiqili Teatr 109-cu mövsümü başa vurur - foto

07-07-2019


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 109-cu mövsümü başa çatmaq üzrədir.

Mtv.az xəbər verir ki, bu münasibətlə iyulun 4-də teatrda təntənəli mükafatlandırma mərasimi keçirilib.

Kollektivdə xüsusi yaradıcılıq fəaliyyəti ilə seçilən bir qrup əməkdaşa prizlər və pul mükafatları verilib. Mükafatlandırılanlar arasında Xalq artisti İlham Namiq Kamal və Əməkdar artist Nərgiz Kərimova da var.

Mərasimdə, həmçinin Azərbaycan Respublikasının Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi “Büllur alma” mükafatı təqdim olunub. Xalq artistləri Cənnət Səlimova, Afaq Bəşirqızı və “Balaca şahzadə” tamaşasının rəssamı Məryəm Ələkbərli “Büllur alma” mükafatına layiq görülüblər.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Akademik Musiqili Teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevi “Sənətkar medalı”, yaradıcılıq fəaliyyətləri ilə seçildiklərinə görə teatrın aktyorları - Məhərrəm Qurbanov, Hüseyn Əlili, Əliməmməd Novruzov və Ruslan Mürsəlovu fəxri fərmanla təltif edib.





64 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti