Aktrisanın şəklini 100 min insan bəyəndi
Bülent Ersoy konsert verdi
“Sərrast atıcı 2”nin treyleri təqdim olundu
İrem Derici izləyicilərini tənqid etdi

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Buratino” nağıl-tamaşası nümayiş olunacaq

19-06-2019


İyunun 29-da Akademik Musiqili Teatrda görkəmli rus yazıçısı Aleksey Tolstoyun “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşası nümayiş olunacaq.

Mtv.az xəbər verir ki, dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif yozumlarda göstərilən oduncaq adam - Buratino haqqında rəvayətlər Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluş və musiqi tərtibatında təqdim ediləcək. O, tərcüməsi Əməkdar artist Nicat Kazımova aid olan Buratino haqqında məşhur nağıla tamam fərqli aspektdən yanaşıb.

Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva və Rauf Babayevin ifa edəcəkləri maraqlı rollar balaca tamaşaçıları əsl möcüzələr aləminə aparacaq.

Xatırladaq ki, teatrın yaradıcı gənclərinə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın bədii rəhbəri, teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu-baletmeysterləri, Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

44 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 İyul






























21 İyul