Aslan efirdə çiy yumurta içdi
Aygün imicini dəyişdi - foto
Müğənni klip çəkilişi üçün göydələnə çıxdı - foto
“Leviafan” “Ən yaxşı filmlər”i siyahısına düşdü

Facebook instagram Twitter Youtube
ARTNEWS

 “Şah Qacar” tamaşası 70-ci dəfə göstəriləcək - foto

06-06-2019


İyunun 8-də Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Mtv.az xəbər verir ki, bu, səhnə əsərinin 70-ci nümayişidir.

Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar” pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Babalı, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, işıq rəssamı Rafael Həsənov, elmi məsləhətçisi akademik Çingiz Qacardır.

Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanıb.

İki hissəli səhnə əsərində əməkdar artist Abbas Qəhrəmanov (Ağa Məhəmməd şah Qacar), Xalq artisti Laləzar Mustafayeva (Ceyran xanım), Xalq artisti Sabir Məmmədov (Sadıq xan), aktyor Elnar Qarayev (Kərim xan Zənd), Əməkdar artistlər Anar Heybətov (Cəfərqulu xan), Aslan Şirin (Şeyx Cəfər Tonkabani), aktyor Mətləb Abdullayev (Məhəmməd Əli xan Bəylərbəyi) və başqaları çıxış edirlər.

Tamaşanı Ceyran Həsənli idarə edəcək.

Şah Qacarın sarayında baş verən kəskin hadisələr sonda xəyanət nəticəsində onun ölümü ilə başa çatır. Səhnə əsərində Qacarın uşaqlıq əzabları, anası və qardaşı ilə münasibətləri, qüdrətli dövlət qurmaq yolundan apardığı mübarizə məharətlə əks olunur.





188 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 Dekabr


























9 Dekabr