Hollivud aktrisası evini satışa çıxardı - foto
İfaçı 123 kiloqram arıqladı - foto
Fatimə üzüyünü və sırğasını göstərdi - foto
Pop müğənnisi mobil telefondan istifadə etmir

Facebook instagram Twitter Youtube
ARTNEWS

Timur Əsgərov şahzadə obrazını canlandıracaq

18-04-2019


Aprelin 20-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

Mtv.az teatrın saytına istinadla xəbər verir ki, Azərbaycanın Əməkdar artisti Timur Əsgərov səhnə əsərində şahzadə Ziqfrid obrazını canlandıracaq.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülüb. T.Əsgərov 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

254 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr
















18 Noyabr