AFİŞA
Əməkdar artistin Xalq artisti ilə fotosu
01-06-2023

Əməkdar artist Abbas Bağırov sosial şəbəkədə Xalq artisti Ənvər Sadıqovla bağlı paylaşım edib. Mtv.az xəbər verir ki, sənətçi uzun illərdir çalışdığı musiqiçinin fotolarını səhifəsində izləyiciləri ilə bölüşərək onun doğum gününün olduğunu bildirib: "Bu gün mənim əzizim, çox dəyərli, hörmətli qardaşım, 25 ildir yanında sevə-sevə çalışdığım, ustadım, Azərbaycan musiqisinin milli sərvəti, Xalq artisti, Milli Konservatorianın baş müəllimi, "Qaytağı" ansamblının yaradıcısı və rəhbəri Ənvər Sadıqovun doğum günüdür. Nə yaxşı ki, varsınız. Həmişə də var olun. Allah sizə möhkəm can sağlığı versin. Doğum gününüz mübarək". Xatırladaq ki, sənətçinin bir ay əvvəl 57 yaşı tamam olub.






50 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26
25