"Murda" ləqəbli repçi həbs olunub
"Rəcəb İvedik 7" filmi çəkilir
Müğənni yol hərəkəti qaydalarını pozub
Reper öldürən şəxs həbs olunub - foto

Facebook instagram Twitter Youtube
AFİŞA

Bülənt Ərsoy aparıcılığa başlayıb - foto

11-10-2021


Türkiyəli müğənni Bülənt Ərsoy aparıcılığa başlayıb.

Mtv.az xəbər verir ki, proqramın ilk bölümü ötən gün yayımlanıb. Divanın saç və makiyajı üzərində Azərbaycanın məşhur stilisti Anar Ağakişiyev işləyib.

Türkiyədə Ərsoyun aparıcılığından çox makiyajı müzakirələrə səbəb olub. Saytlarda, radio proqramlarından bundan bəhs edilərkən "Bülənt Ərsoy effekt verilmiş kimidir" sözləri deyilib. Hətta radio proqramlarından birində "Əgər Bülənt Ərsoy çəkilişdə filterdən istifadə etsəydi, digər qonaq Yıldız Tilbe də gözəl görünərdi. Onun makiyajını Anar Ağakişiyev edib" sözləri deyilib.

"Benzemez kimse bize" verilişində müzakirə olunan digər məqam isə ərsoyun canlı yayıma sərxoş çıxması olub. Bir neçə saat içində tvitterdə bunla bağlı minlərlə mesaj yazılıb. Onun danışığı və davranışı tənqid edilib. Ərsoy açıqlama verərək "Ağzıma bir qurtum belə spirtli içki almamışam. İçsəm, deyərəm" cavabını verib.









99 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 May
















16 May