Son halı görənləri şoka saldı - foto
Polad Əlamdar seriala qatılmayacaq
Nilgün Belgün koronavirusa yoluxdu
Müğənni sərvətini xeyriyyə işlərinə xərclədi

Facebook instagram Twitter Youtube
AFİŞA

“Grammy” musiqi mükafatları gələn il veriləcək

23-10-2020


Gələn il yanvarın 31-də Amerıkanın növbəti “Grammy” musiqi mükafatları mərasimi keçiriləcək.

Mtv.az xəbər verir ki, bu barədə “Grammy”nin rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, nominasiyaların sayi bu dəfə 84-ə çatacaq. 63-cü “Grammy” musiqi mükafatları mərasimi yanvarın 31-də “CBS” telekanalı vasitəsilə yayımlanacaq. Namizədlərin adları isə bu il noyabrın 24-də açıqlanacaq.

Milli İncəsənət və Səsyazma Texnologiyaları Akademiyası (Grammy) 1957-ci ildə ABŞ-da təsis olunub. “Grammy” musiqi mükafatları mərasimi ilk dəfə 1959-cu ildə keçirilib. Mükafatlar müxtəlif vaxtlarda ABŞ-ın Los-Anceles, Nyu-York, Çikaqo və Neşvill şəhərlərində təltif olunub. Son illər istisna olaraq tədbir Los-Ancelesin “Staples Center” idman kompleksində keçirilir.

43 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti