Silvestr Stallonni yeni filmdə çəkilir
Əfsanəvi hind aktyoru vəfat etdi - foto
Aktyor izləyicisini təhdid etdi
Rafet El Roman "üsyan" etdi


Facebook instagram Twitter Youtube
AFİŞA

Azərbaycan beynəlxalq musiqi festivalına qatılır

24-10-2020


Bu ayın sonunda ölkəmizin də iştirak edəcəyi beynəlxalq musiqi festivalı keçiriləcək. Koronavirus pandemiyası səbəbindən festival onlayn çəkildə reallaşacaq.

Mtv.az xəbər verir ki, bu barədə Əməkdar artist, xanəndə Qoçaq Əsgərov məlumat verib.

Onun sözlərinə görə, xanəndə özü Ukraynanın təşkil etdiyi bu festivalın münsiflər heyətində təmsil olunacaq.

“Münsiflər heyətinin rəhbəri “Eurovision-2004”ün qalibi Ruslandır. Artıq bizim iştirakçılar Almaxanım Əhmədova və Kamran Məmmədovun lentə alınan ifaları festivala təqdim olunub. Azərbaycanlı iştirakçıların adı festivalda “Qarabağın təmsilçiləri” olaraq qeyd olunub. Təşkilatçılarla söhbət zamanı onlar məni qabaqladılar və bildirdilər ki, “bu yarışmada Ermənistan adlı ölkə iştirak etməyəcək”, - deyə Qoçaq Əsgərov bildirib.

Festivalda seçilən ifaçılar gələn il Monteneqroda keçiriləcək festivala dəvət alacaqlar.

Məlumat üçün bildirək ki, sözügedən festivala Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Gürcüstan, Belarusiya, Ruminya, Moldova, Albaniya, Latviya və digər ölkələr təmsil olunacaq.

43 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr




















21 Noyabr