Meryem Uzerli layihəsindən imtina etdi - foto
Son halı görənləri şoka saldı - foto
Polad Əlamdar seriala qatılmayacaq
Nilgün Belgün koronavirusa yoluxdu

Facebook instagram Twitter Youtube
AFİŞA

“Pişiyin evi” onlayn nümayiş olunacaq

22-10-2020


Oktyabrın 24-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tanınmış uşaq yazıçısı, dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” nağılı əsasında hazırladığı eyniadlı tamaşanı onlayn nümayiş etdirəcək.

Mtv.az xəbər verir ki, kuklaçı rejissor Anar Məmmədovun fərqli üslubda hazırladığı bu tamaşa daim balacaların tələb etdiyi səhnə işlərindəndir. Tamaşa əməkdar artist, usta kuklaçı Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilib. Birhissəli uşaq tamaşasında kuklalarla yanaşı, canlı planda aktyor oyunu da qurulub.

Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.

Tamaşa teatrın “YouTube” kanalında saat 12-də yayımlanacaq.

44 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Noyabr








25 Noyabr