Silvestr Stallonni yeni filmdə çəkilir
Əfsanəvi hind aktyoru vəfat etdi - foto
Aktyor izləyicisini təhdid etdi
Rafet El Roman "üsyan" etdi


Facebook instagram Twitter Youtube
AFİŞA

“Qoğal” tamaşası onlayn göstəriləcək

20-10-2020


Oktyabrın 23-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkələrində “Qoğal” tamaşası nümayiş ediləcək.

Mtv.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” daha əvvəl azərbaycanlı azyaşlılara təqdim edilsə də, dəvətli rejissor bu dəfə məşhur nümunəyə fərqli yozum verib, onu tam yeni, musiqi ilə zəngin bir formada, mətn ilə yükləmədən təqdim edib.

Bir saatlıq tamaşada uşaqlar kukla oyununun bütün zərifliklərini usta kuklaçı ifalarında izləyə bilirlər.

Tamaşa teatrın “YouTube” kanalından saat 12-də nümayiş ediləcək.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
 

43 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr




















21 Noyabr