Aktyorun namizədliyi “Oskar”a təqdim ediləcək - foto+video
“Oskar” laureatı Azərbaycana dəstək oldu - foto
Benksin əsəri 9.8 milyon dollara satildı
Jan Klod Van Damm kampaniyaya başladı 

Facebook instagram Twitter Youtube
AFİŞA

Birpərdəli pyes müsabiqəsinin nəticəsi açıqlandı

16-10-2020


Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə iyun ayında Gənc Tamaşaçılar Teatrının təşəbbüsü, Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan UNESCO Klubları Assosiasiyası, “ASAN Könüllüləri” Təşkilatı, “ASAN Radio” və “Azərbaycan” jurnalının təşkilatçılığı ilə elan olunan “Biz birlikdə güclüyük” adlı birpərdəli pyes müsabiqəsinə yekun vurulub.

Mtv.az xəbər verir ki, müsabiqənin təşkilində məqsəd pandemiyanın yaratdığı bəşəri problemləri, dünyada və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizəni teatr sənətinin də aktual mövzusuna çevirməkdir.

Müsabiqə şərtlərinə görə, pyeslərin mövzusu koronavirus pandemiyası ilə mübarizə günlərinin ab-havasını, bu zaman kəsiyində baş verənlərin ümumilikdə ölkənin sosial, ictimai həyatına təsirini, ayrı-ayrı insan talelərində əksini ifadə etməli idi. Mövzuya maraq göstərən bir çox gənc qələm sahibləri yeni pyeslərini təqdim ediblər. Təqdim olunan əsərlər gizli münsiflər heyəti tərəfindən oxunub.

Münsiflərin müzakirəsindən sonra gənc yazıçı-ssenarist Pərviz Seyidlinin “Mələk” pyesi müsabiqənin qalibi elan olunub.

Xatırladaq ki, qalib pyesin bu ilin sonuna qədər Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulması nəzərdə tutulur.

Həmçinin qalib pyes “Azərbaycan” jurnalında işıq üzü görəcək.

33 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Oktyabr
















24 Oktyabr