Türkiyəli sənətçilər Azərbaycanı müdafiə etdilər - foto
“Avatar” filminin çəkilişi başa çatdı
Erməni filmi Beynəlxalq Festivalın proqramından çıxarıldı
Aktrisa maska taxmır və qaydaları pozur

Facebook instagram Twitter Youtube
AFİŞA

“Sehrli üzük” tamaşası virtual göstəriləcək

09-06-2020


İyunun 13-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsindən “Sehrli üzük” tamaşasını nümayiş etdirəcək.

Mtv.az tamaşa teatrın “YouTube” kanalında saat 12-də nümayiş olunacaq.

Axşam.az xəbər verir ki, tamaşanın qurluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir.

Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyrin şər üzərindəki qələbəsinin nümayişi olacaq.

Özünün maraqlı süjet xətti və ideyası olan nağıl nümunəsinə yeni prizmadan baxan, onu çağdaş elementlərlə daha baxımlı etməyə çalışan rejissor tamaşaya yeni yozum verib. Beləliklə, bütün mübarizələrin sonunda qələbənin mümkünlüyü uşaqların hiss edəcəyi tərzdə səhnə ifadəsini tapıb.

114 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Oktyabr


















30