Hillarinin beşinci övladı dünyaya gəldi - foto
Aktrisa koronavirusa yoluxdu
Ərindən aylıq 3,4 milyon manat təzminat istəyir
Serialın aktyor heyyəti bəlli oldu

Facebook instagram Twitter Youtube
AFİŞA

“Dəli yığıncağı” onlayn nümayiş olunacaq

17-05-2020


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi tərəfindən yeni hazırlanmış, Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi “Dəli yığıncağı” tamaşası növbəti dəfə mayın 21-də sənət ocağının “facebook” səhifəsi vasitəsilə onlayn nümayiş olunacaq.

Mtv.az xəbər verir ki, əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyev, bəstəkarı Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Səhnə əsərində rolları Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları canlandırıblar.

Ümumilikdə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olan yaşlı, orta və cavan nəsli təmsil edən aktyorların yer aldığı tamaşada Hacı Nayibi Xalq artisti Yasin Qarayev, Fazil Məhəmməd ibn Yaqub Küleynini, Əməkdar artist Şövqi Hüseynov, Dəli Molla Abbas ibn Yəqubu, Əməkdar artist Nofəl Vəliyev və Ramil Məmmədov, Pırpız Sonanı, Aygün Fətullayeva, Doktor Lalbluz obrazını isə Anar Seyfullayev canlandıracaq.

Səhnə əsəri fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulub.

113 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19






















18