Seda Sayan hamını təəccübləndirdi
Cütlük yenə ayrıldı
Model toyunu təxirə saldı
Azad Şabanovun evi vaxtilə yanıb

Facebook instagram Twitter Youtube
AFİŞA

“Qəbir qazma üsulu” tamaşası oynanılacaq

10-05-2020


Azərbaycan Dövlət “Yuğ” Teatrında Argentina yazıçısı A.B.Kasaresin hekayəsi əsasında hazırlanmış “Qəbir qazma üsulu” tamaşası mayın 21-də onlayn nümayiş ediləcək.

Mtv.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış yeni tamaşanın quruluşçu rejissoru və tərcümə edəni Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şərif, musiqi tərtibatçıları Ramiq Mehdi və Mələk Vəlizadədir.

Tamaşanın əsas ideyası ondan ibarətdir ki, mənəviyyatlı insan qarşısına çıxan hər hansı bir problemi cinayət yolu ilə həll etməyə cəhd göstərərsə, o, məhvə məhkumdur.

Argentina yazıçısı A.B.Kasaresin fikrincə, cinayətlər törətmiş insanlar bir-birini sevən iki gənc olduğundan, onlar günahlar içində ailəni qoruyub saxlaya bilməyəcək, ailənin dağılması ilə ölümlərinə, sevgilərinin məhvinə səbəb olacaqlar. Yazıçının polisemantik fikri teatrının poetikası üçün çox səmərəlidir. Əsərdə fikirləri birmənalı şəkildə deyil, hər tərəfə yozmaq mümkündür.

13 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29 May






















28 May