Seda Sayan hamını təəccübləndirdi
Cütlük yenə ayrıldı
Model toyunu təxirə saldı
Azad Şabanovun evi vaxtilə yanıb

Facebook instagram Twitter Youtube
AFİŞA

 “Yaşar” tamaşasını onlayn təqdim ediləcək

09-05-2020


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı özünün repertuarında yeni tamaşalardan olan “Yaşar” tamaşasını növbəti dəfə mayın 9-da onlayn təqdim edəcək.

Mtv.az xəbər verir ki, görkəmli ədib, nasir, dramaturq Cəfər Cabbarlının eyniadlı pyesi əsasında səhnələşdirilən tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissorları Mehman Fətullayev və Emil Əskərov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Нərmin Həsənоvаdır.

Sənət ocağının “Facebook” səhifəsində təqdim olunacaq səhnə əsərində rollarda Xalq artistləri Ramiz Məlik, Nurəddin Mehdixanlı, Cəfər Namiq kamal, Əməkdar artistlər Elnar Qarayev , Rəşad Bəxtiyarov, Məsmə Aslanqızı, Ayşad Məmmədov, Mehriban Xanlar, Elşən Rüstəmov və Elxan Quliyev, aktyorlar Cavidan Novruzov, aktyor Elçin Əfəndi, Əli Nurzadə, Rada Nəsibova, Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Firuzə Balayeva, İlyas Əhmədov, Elnur Qədirov və Vüsal Mustafayev çıxış edəcəklər.

Xatırladaq ki, müəllif “Yaşar” pyesini 1932-ci ildə tamamlayıb və həmin il də səhnəyə qoyulub. Yaşar, Toğrul və Tanya kimi gənc alimlər və onların elmi rəhbəri Belokurov şoranlıq torpaqları əkin sahələri üçün yararlı edib, pambıq tarlalarına çevirmək istəyirlər. Pyes əsas qəhrəmanın adi ilə “Yaşar” adlandırılıb. “Yaşar”dakı obrazlar, müsbət və mənfi olmalarından asılı olmayaraq dövrünün gerçəkliyinin özü qədər sərt, canlı və realdırlar.

26 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29 May






















28 May