Model idmançı ilə eşq yaşayır - foto
Serialda rol almasını istəmədilər
Könülün şəkli maraqla qarşılandı
Elton efirə çıxmamasının səbəbini açıqladı

Facebook instagram Twitter Youtube
AFİŞA

“Xocalıya ədalət” kompozisiyası təqdim edəcək

26-02-2020


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə olaraq Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı fevralın 26-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində “Xocalıya ədalət” kompozisiyasını təqdim edəcək.

Mtv.az xəbər verir ki, bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

O bildirib ki, kompozisiyanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

Rollarda Əməkdar artistlər Tünzalə Əliyeva, Xatirə Süleymanova, aktyorlar Səmayə İsmayılova, Niyaməddin Səfərəliyev, Müdvər Nemətova, Anar Buludov, Arzuman Tanrıverdi, Sevinc Hüseynova, Sevinc Bəxtiyar, Xədicə Məmmədova, Pərvin Dadaşova, Zəki Fətəliyev, Fərid Vəliyev, Samir Əliyev və Səbinə İmanverdiyeva çıxış edəcəklər.

“Mistik ritual” formasında hazırlanan “Xocalı kompozisiyası” erməni vəhşiliyi, erməni vandalizmindən bəhs edir. Biz bu qanlı tarixi unutmamalı, gələcək nəsillərə də ötürməliyik.

75 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 İyun




























3 İyun