Pərəstişkarı aktrisanın başına bəla oldu
Aktyor məhkəməyə müraciət etdi
Model ağacın altında - foto
Müğənni ikinci dəfə evlənir

Facebook instagram Twitter Youtube
AFİŞA

“Məhəbbət əfsanəsi” Sankt-Peterburq səhnəsində

15-02-2020


Fevralın 18-dən 20-dək Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti nümayiş etdiriləcək.

Mtv.az xəbər verir ki, səhnə əsərində Fərhadın partiyasını fevralın 19-da Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) olub.

Səhnə əsərinin musiqisi, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirib.

Əsərin uğurlu olmasının sirri hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır.

116 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 İyul






















15 İyul