Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı
Samir Cavadzadə yeni mahnı oxuyacaq

Facebook instagram Twitter Youtube
AFİŞA

Səməndər Rzayevin 75 illik yubileyi keçiriləcək

27-01-2020


Əməkdar artist, Dövlət Mükafatı laureatı Səməndər Rzayevin 2020-ci il 2 yanvar tarixində anadan olmasının 75 ili tamam olub.

Mtv.az xəbər verir ki, yanvarın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyinə həsr olunan “Dəli yığıncağı” (C.Məmmədquluzadə) tamaşası nümayiş olunacaq və fotoşəkillərdən ibarət sərgi keçiriləcək.

Səməndər Mənsim oğlu Rzayev 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində aktyorluqla məşğul olub, 1964-1968-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərovdur.

O, Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərinə görə 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına, 1980-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.

35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Fevral








































21 Fevral