Kannda yer tutmaq Azərbaycan kinosunun uğurudur - rejissor
“Sərxoş” filmi London kinofestivalının qalib oldu
Türk sənətçilərindən Azərbaycanla bağlı paylaşım - foto
Kertis Cekson üç qorxu filmi çəkəcək

Facebook instagram Twitter Youtube
AFİŞA

“Quş dili” yenidən səhnədə

11-01-2020


Yanvarın 12-də Azərbaycan “Yuğ” Dövlət Teatrının yaradıcı heyəti teatrın repertuarında yeni tamaşalardan sayılan “Quş dili” tamaşasını yenidən nümayiş etdirəcək.

Mtv.az xəbər verir ki, tamaşanın müəllifi, rejissor Əbdülqəni Əliyev, mətnin müəllifi Təranə Vahiddir.

Səhnə əsərində rolları Əməkdar artist Yaqut Paşazadə, aktyorlar Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və Ləman Novruzova canlandıracaq.

Əsərdə cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Bir gecə kəndə Əzrayıl gəlir. Əzrayılın gəlişi həmişə hadisədir. Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir. Səhnə əsərində qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən. Aşkar sınağın mükafatı isə gizli gələr həmişə. Qoca bağban da həyatının ən ağır imtahanı ilə – ilk, məsum sevgisi ilə sınanacaq. Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var.

229 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti