Cennifer Lopez öz brendini yaradır - foto
Gənc vokalçı ölkəmizi uğurla təmsil etdi
Türkiyəli sənətçilər Azərbaycanı müdafiə etdilər - foto
“Avatar” filminin çəkilişi başa çatdı

Facebook instagram Twitter Youtube
AFİŞA

“Viva opera” adlı qala-konserti keçiriləcək

07-12-2019


Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında sənət ocağının aparıcı solistlərinin iştirakı ilə “Viva opera” adlı qala-konserti keçiriləcək.

Mtv.az xəbər verir ki, konsertdə Xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Əli Əsgərov, Respublikanın Əməkdar artistləri Afaq Abbasova, İnarə Babayeva, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Əliəhməd İbrahimov, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, solistlər Nina Makarova, Taleh Yahyayev, həmçinin teatrın xor kollektivi çıxış edəcək.

Proqramda C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne və digər bəstəkarların əsərlərinə müraciət olacaq.

Qala-konsertdə Opera və Balet Teatrının simfonik orkestrini Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev idarə edəcək.

292 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Oktyabr






















30