Sevgilisi modeli məhkəməyə verdi
Səmra bu fotolarına görə tənqid atəşinə tutuldu
Aktrisa tərəf müqabili ilə sevgilidir
Aktrisa "Seren" obrazına həyat verəcək

Facebook instagram Twitter Youtube
AFİŞA

“Silva” tamaşaçıların ixtiyarına veriləcək

06-12-2019


Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Macar bəstəkarı İmrə Kalmanın “Silva” əsəri növbəti dəfə rusdilli tamaşaçıların ixtiyarına veriləcək.

Mtv.az xəbər verir ki, dekabrın 20-də nümayiş ediləcək tamaşanın quruluşçu-rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, quruluşçu-baletmeysterləri - Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Dünyaca məşhur olan bu əsərin süjet xəttini saf, təmiz sevgi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan böyük sevgi ətrafdakılar, xüsusilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir.

198 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12






















11