Məşhur aktyor küçədə mübahisə etdi - foto
Tarkan Yeni il gecəsi 2 milyon lirə qazanacaq 
Necati Şaşmaz amerikalı qadınla evləndi
Oksana aktyorla dostluğundan danışdı

Facebook instagram Twitter Youtube
AFİŞA

“Quş dili” tamaşası nümayiş olunacaq

15-11-2019


Noyabrın 16-da Azərbaycan Dövlət “Yuğ” Teatrında “Quş dili” tamaşası nümayiş olunacaq.

Mtv.az xəbər verir ki, Təranə Vahidin hekayələri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan tamaşanın məşqləri artıq yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Səhnə əsərində, “Humay” mükafatı laureatı Qasım Nağı, aktyorlar Natəvan Qeybani, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və İlahə Məmmədzadə iştirak edir.

Hadisə gözdən uzaq bir dağ kəndində baş verir. Nə baş verir? Bir gecə kəndə Əzrayıl gəlir. Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir... Qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən... aşkar sınağın mükafatı isə gizli gələr həmişə... Qoca bağban da həyatının ən ağır imtahanı ilə – ilk, məsum sevgisi ilə sınanacaq...

Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var.

36 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Dekabr


6 Dekabr