Model itlər üçün paltarlarını satır
Aktyor 35 kiloqram arıqladı
Məryəm Uzerli Hollivud aktyoru ilə filmə çəkilir
Aktyor 2 milyon dollar qazanacaq

Facebook instagram Twitter Youtube
AFİŞA

“Haqq mənəm” tamaşasının premyerası olacaq

19-11-2019


“İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin “Haqq mənəm” layihəsi əsasında C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi ilə birgə hazırlanmış “Haqq mənəm” tamaşasının premyerası olacaq.

Mtv.az xəbər verir ki, noyabrın 19-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində təqdim olunacaq tamaşa şair-dramaturq İftixarın “Haqq mənəm” pyesi əsasında hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

Tamaşada Nəsimi obrazını Natiq Həziyev, Əmir Teymur rolunu Əməkdar artist Rəşid Rzayev canlandıracaq. Digər rollarda Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Anar Buludov, Zəki Fətəliyev, Arzuman Tanrıverdi, Samir Əliyev, Rövşən Cəfərov, Fərid Vəliyev, Güney Əliyeva, Tünzalə Əliyeva, Xatirə Süleymanova, Səmayə İsmayılova, Sevinc Hüseynova, Pərvin Dadaşova, Xədicə Məmmədova, Səbinə İmamverdiyeva və Sevinc Bəxtiyar çıxış edəcəklər.

Nəsimi poeziyası əsasında yazılan “Haqq mənəm” adlanan əsər Nəsimi dünyasının, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırır.

39 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13 Dekabr




12 Dekabr