Türkiyə forumda 5 film nümayiş etdirəcək 
Müğənni imicini dəyişdi - foto
Aysel anası ilə fotosunu paylaşdı
Demet Akalın sərt cavab verdi

Facebook instagram Twitter Youtube
AFİŞA

“Vəsiyyət” tamaşası təqdim olunacaq

08-11-2019


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Vəsiyyət” tamaşası noyabrın 9-da teatrsevərlər üçün növbəti dəfə təqdim olunacaq.

Mtv.az xəbər verir ki, tamaşa, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilib. İkihissəli qara komediyanın quruluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində Abbas Qəhrəmanov, Mirzə Ağabəyli Münəvvər Əliyeva, Almaz Amanova, Aslan Şirin, Sevinc Əliyeva, Kazım Həsənquliyev, Rövşən Kərimduxt, Ləman İmanova, Rüstəm Rüstəmov, Elçin Əfəndi, İlahə Həsənova və Fəridə Şahbazova, Ramin Şıxəliyev çıxış edəcək.

Tamaşanı aktyorlar Dilbər İsmayılova və Vüqar Məmmədov idarə edəcək.

Xatırladaq ki, tamaşa Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyətindən bəhs edir. Həmçinin, səhnə əsəri insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.

18 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14 Noyabr


























13 Noyabr