Aktyorun xanımı 13 kil arıqladı
Ceylan imicini dəyişdi - foto
"Başqasında qüsur, ayıb axtarmaq asandır" - müğənni
Mətanətin üzü əyildi - foto

Facebook instagram Twitter Youtube
AFİŞA

 “Vaqif” operası nümayiş olunacaq

29-10-2019


Noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, bəstəkar Ramiz Mustafayevin “Vaqif” operası nümayiş olunacaq.

Mtv.az xəbər verir ki, tamaşada əsas partiya - şair Vaqifin obrazını Azərbaycanın Əməkdar artisti Ramil Qasımov ifa edəcək.

R.Qasımovla yanaşı, səhnə əsərində, həmçinin Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Fəridə Məmmədova, Fərid Əliyev, Cahangir Qurbanov, Tural Ağasıyev, solistlərdən beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev, Nina Makarova və başqaları çıxış edəcəklər.

Opera Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, konsertmeysteri Aysel Məlikovadır.

35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr






































18 Noyabr