Aktyorun xanımı 13 kil arıqladı
Ceylan imicini dəyişdi - foto
"Başqasında qüsur, ayıb axtarmaq asandır" - müğənni
Mətanətin üzü əyildi - foto

Facebook instagram Twitter Youtube
AFİŞA

“Sevil” operası nümayiş olunacaq

26-10-2019


Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyi ölkə miqyasında müxtəlif tədbirlərlə geniş qeyd olunur.

Mtv.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da bu yubileyə öz töhfəsini verməyə hazırlaşır. Belə ki, oktyabrın 27-də sənət ocağında C. Cabbarlının “Sevil” pyesinin motivləri əsasında görkəmli bəstəkarımız Fikrət Əmirovun qələmə aldığı eyniadlı operanın tamaşası nümayiş ediləcək.

C.Cabbarlının xatirəsinə həsr olunmuş tamaşada əsas rollarda Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər İlahə Əfəndiyeva, İnarə Babayeva, Səbinə Vahabzadə, Cahangir Qurbanov, Əliəhməd İbrahimov və Tural Ağasıyev çıxış edəcək.

Opera dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov tərəfindən idarə olunacaq.

29 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr






































18 Noyabr