Model 3-cü övladını dünyaya gətirdi
"Heç kimə paxıllıq etmirəm” - müğənni
Türkiyəli aktrisa Bakıya gəlir - foto
Oksana qapalı libaslara üstünlük verir

Facebook instagram Twitter Youtube
AFİŞA

“Kişilər və qadınlar” iki dəfə oynanılacaq

18-09-2019


Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında xüsusi yer tutan “Kişilər və qadınlar” tamaşası sentyabrda iki dəfə teatrsevərlərin ixtiyarına veriləcək.

Mtv.az xəbər verir ki, sənət ocağı yeni mövsümü eyniadlı tamaşa ilə sentyabrın 21-də açıq elan edəcək.

Bundan başqa, “Kişilər və qadınlar” sentyabrın 29-da teatrın səhnəsində pantomimasevərlərə təqdim olunacaq.

Teatrda Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa sentyabrın 15-də deyil, 22-də nümayiş ediləcək.

Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda izləniləcək səhnə əsərində iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həmdə kədərli əhvalatlarından danışılır.

Həmçinin, tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.

Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.

Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı ifa edəcək.

33 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr






































15 Oktyabr