Firuzə İbadova qızına xoş sözlər yazdı
Mövsümü “Qızıl balıq”la açacaq
Hollivud ulduzu lüt şəkil çəkdirdi
Brilliantın oğlu “Allah qismət edəndə” evlənəcək

Facebook instagram Twitter Youtube
AFİŞA

Bakı teatrlarının sentyabr afişası...

05-09-2019


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu ay maraqlı tamaşalarla çıxış edəcək.

Mtv.az xəbər verir ki, sənət ocağı sentyabrın 21-də yeni mövsümü “Qarabağnamə” ilə açdıqdan sona repertuarda xüsusi yer tutan tamaşaları teatrsevərlərin ixtiyarına verəcək.

Belə ki, sentyabrın 22-də “Cəhənnəm sakinləri”, 26-da “12-ci gecə və ya hər nə istəsəniz”, 27-də isə “Bir iki, bizimki” tamaşaları nümayiş olunacaq. Bundan başqa, sentyabrın 28-də “Manqurt”, 29-da isə “Şah Qacar” tamaşaları təqdim olunacaq.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da digər sənət ocaqları kimi bu ay maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək.

Sənət ocağı sentyabrın 20-də “O olmasın bu olsun”la mövsümü açacaq. Sentyabrın 21-də “Ər və arvad”, 22-də “Arşın mal alan”, 27-də isə “Silva” (rus dilində) tamaşaları təqdim ediləcək. Bundan başqa, tamaşaçılar sentyabrın 28-də “Qodonun intizarında”, 29-da isə “999-cu gecə”ni izləyə biləcəklər.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı sentyabrda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

Teatr mövsümü sentyabrın 19-da “Koroğlu” operası ilə açıq elan edəcək. Bundan başqa, teatrda sentyabrın 21-də “Bohema”, 22-də “Nəsimi”, 25-də isə “O olmasın bu olsun” (Gəncə) nümayiş olunacaq. Həmçinin sentyabrın 28-də “Jizel”, 29-da “Leyli və Məcnun” teatrsevərlərin ixtiyarına veriləcək.

Azərbaycan Dövlət Pantomima Teatrı bu dəfə mövsümü sentyabrın 14-də “Kişilər və qadınlar”la açacaq.

Bundan başqa, sənət ocağı sentyabrın 15-də “Ağ bığlılar”, 21-də “Underground”, 22-də “Kişilər və qadınlar” 28-də “İt gəzdirən xanım”, 29-da isə “Dejavü” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.

Biletləri satış kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

32 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20
















19