Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
AFİŞA

Bakıda hind rəqslərindən ibarət konsert olacaq

15-08-2019


Avqustun 16-da Beynəlxalq Muğam Mərkəzində (BMM) Hindistan rəqs gecəsi təşkil ediləcək.

Mtv.az xəbər verir ki, Hindistanın “Bihu Hindistan folklor rəqs” qrupunun iştirakı ilə keçirilən tədbirdə nağılvari hind rəqsləri təqdim olunacaq. Layihə Beynəlxalq Muğam Mərkəzi, Hindistanın Azərbaycandakı Səfirliyi və Hindistan- Azərbaycan Assosiasiyası tərəfindən təşkil olunacaq.

Beynəlxalq Muğam Mərkəzi fəaliyyət istiqamətində konsert və elmi-tədqiqat müəssisəsi olaraq birbaşa muğam və xalq musiqisi nümunələrinin, folklor musiqisinin, dünya klassiklərinin və müasir bəstəkarların əsərləri ilə yanaşı, dünya xalqlarının milli rəqslərini də təbliğ edir. Bu günə kimi BMM -nin “Etnomusiqi inciləri” layihəsi çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail və bir sıra ölkələrin musiqiçiləri Azərbaycan muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər. Eyni ilə BMM –nin təşkilatçılığı ilə İsveçrə, Fransa, Polşa, Çin Xalq Respublikası, Mərakeş, Hindistan, Rusiya, Gürcüstana Azərbaycan musiqiçilərinin səfəri təşkil edilib. Xarici dövlətlərdə musiqi sahəsində fəaliyyət göstərən mədəni qurumlarla əlaqələrin qurulması və beynəlxalq əməkdaşlıq Beynəlxalq Muğam Mərkəzinin prioritet istiqamətlərindən biridir.

37 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15