Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
AFİŞA

Tanınmış violonçel ifaçısı Bakıda çıxış edəcək

21-08-2019


Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Bolqarıstanın tanınmış violonçel ifaçısı Veliçka Yoçeva və Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov konsert proqramı ilə çıxış edəcəklər.

Mtv.az xəbər verir ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə dünya şöhrətli bəstəkarlar - İ.S.Bax, İ.Haydn, S.Raxmaninov, F.Şopen, İ.Brams, L.Bokkerini və başqalarının əsərləri səslənəcək.

Xatırladaq ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

37 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15