Kinboksçu müğənninin xətrinə dəydi
Serialın aktyoru imicini dəyişdi - foto
Kök model hamilədir - foto
“Oskar” mükafatı laureatı karyerasına son qoyur

Facebook instagram Twitter Youtube
AFİŞA

Lənkəran Teatrı İranda festivala qatıldı

14-07-2019


Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının Zəncan şəhərində “El” Milli Teatr Festivalında iştirak edib.

Mtv.az xəbər verir ki, festivalda kukla, pantomim, klounada, komediya, faciə janrlarının müxtəlif səhnələrdə və küçə tamaşaları şəklində nümayişləri olub.

Lənkəran teatrı bu sənət yarışmasına Emil Əskərovun müəllifi və quruluşçu rejissoru olduğu “Sehirbazlar dərəsi” nağıl-tamaşası ilə qatılıb.

Süjet xətti Azərbaycan folklorunun ənənələrindən qaynaqlanan bu səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları respublikanın Əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlar - Emin Fərzullayev və Sayad Əliyev ifa ediblər.

Festivalın bağlanış mərasimində Lənkəran Dövlət Dram Teatrı təşkilat komitəsi tərəfindən diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

54 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti