Serdar Ortaçın keçmiş xanımı Dubayda dincəlir
Bacısı Özcan Denizdən kömək istədi
Oksana imicində dəyişiklik etdi - foto
Aktyor 7 yaş kiçik vəkil sevgilisi ilə evlənir

Facebook instagram Twitter Youtube
AFİŞA

“Məhəbbət əfsanəsi”Nur-Sultanda nümayiş olunacaq

01-07-2019


Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) 1961-ci ildə gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açıb.

Mtv.az xəbər verir ki ilk premyerasından 58 il sonra tamaşa öz yubileyini qeyd edən Nur-Sultan şəhərində təqdim ediləcək. “Astana balet” teatrında iyulun 3-də göstəriləcək baletin yeni yaradıcıları –Yuri Qriqoroviçin yetirmələri olan quruluşçu-xoreoqraflar Ruslan Pronin və Oksana Tsvetnitskayadır.

Quruluşçu-xoreoqraflar jurnalistlərə müsahibəsində bildiriblər ki, onlar görkəmli bəstəkar Arif Məlikov və xoreoqraf Yuri Qiroroviçin 50 il əvvəl tamaşaya verdikləri ruhu qoruyub saxlamağa çalışıblar. Qazax teatrının balet ustaları – Ayjan Mukatova, Aynur Abilqazina və Fərhad Buriyev balet sənətində ən böyük şedevrlərdən biri olan “Məhəbbət əfsanəsi”ndə çıxış etməyin böyük qürur mənbəyi olduğunu qeyd ediblər. Fərhad Buriyev bildirib ki, neçə nəsil sənətsevərlərin qəlbini fəth edən bu ecazkar əsərdə ötən əsrin 60-cı illərində görkəmli balet ustası Rudolf Nuriyev üçün nəzərdə tutulmuş Fərhad obrazını canlandırmaq hər bir artist üçün məsuliyyətli və şərəfli işdir.

108 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti