Ledi Qaqa mükafatlarını hamamda və mətbəxdə saxlayır
Özcan Dəniz 25 min lirə aliment ödəyəcək
Murad Arif klipini Budapeştə çəkdi - video
Günay sevgilisi ilə Mersində - foto

Facebook instagram Twitter Youtube
AFİŞA

Sarayevo film festivalı keçirilir

10-08-2018


Bosniya Herseqovinadakı döyüşün izlərini silmək, Sarayevonun yenidən mədəniyyət və incəsənət mərkəzi etmək məqsədi ilə təşkil olunan növbəti Sarayevo film festivalı başlayır.

Muztv.az xəbər verir ki, builki XXIV Sarayevo Film Festivalında 56 ölkədən 266 film göstəriləcək.

Bu gün Sarayevodakı Milli Teatrda keçirilən açılış mərasimində çoxlu sayda aktyor, siyasətçi, diplomat, sənətçi, musiqiçi, prodüser və rejissorlar iştirak edir. Avqustun 17-dək davam edəcək festivalda 42 ekran əsərinin də dünya premyerası nəzərdə tutulur.

Xatırladaq ki, 1995-ci ildə 15 ölkədən 37 filmin nümayişi ilə əsası qoyulan Sarayevo film festivalı Balkanlarda ən mühüm tədbirlərdən sayılır.

222 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 İyun








































24 İyun