Model sevgilisinin şalvarını geyinir
Hollivud ulduzu 64 yaşında evlənir
 Pərvin Abıyeva kreditlə ev alıb
Lətifənin geyimlərinə nənəsi nəzarət edir

Facebook instagram Twitter Youtube
AFİŞA

Xalq Artistinin 80 illiyi qeyd olunacaq

19-01-2018


 Heydər Əliyev Sarayında Azərbaycanın tanınmış bəstəkarı, Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyi qeyd olunacaq.

Muztv.az xəbər verir ki, fevralın 21-də baş tutacaq yubiley gecəsində respublikanın Xalq artistləri, Əməkdar artistlər və məşhur ifaçılar iştirak edəcək. Konsertdə tamaşaçılar musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş Elza İbrahimovanın biri-birindən gözəl və sevilən musiqilərini dinləyəcək.

Gecədə bəstəkarın uzun illər görkəmli ifaçılar tərəfindən səsləndirilən bənzərsiz və təkrarsız mahnıları, unudulmaz bəstələri – “Bilməzdim”, “Gecələr bulaq başı”, “Sən yadıma düşəndə”, “Bakının işıqları”, “Sevgilim tut əlimdən”, “Mehribanım”, “O gözlər, o gözlər”, “Gəl barışaq”, “Qurban Verərdim”, “Daha məndə dözüm yox”, “Yoxluğunu bilə-bilə”, “Ey vətən” və digər nəğmələri səsləndiriləcək.

733 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 May














29 May